Gəncədə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Günün Ən Son Xəbərləri 2021-06-23 15:32:08
Gəncədə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Gəncə şəhərində yanğın hadisəsi olub.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Əlavə Edilib: 10 ?yun , 2021,08:14 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş