Gəncədə və Ağdaşda oğurluq edən şəxslər tutuldu

Günün Ən Son Xəbərləri 2021-03-06 03:08:40
Gəncədə və Ağdaşda oğurluq edən şəxslər tutuldu

Gəncədə evdə oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nizami (Gəncə) Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də şəhər ərazisindəki evlərin birindən 100 manat və 900 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini T.Heydərova saxlanılıb.

Bundan başqa, Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də şəhər ərazisində xətt avtobusunda Mürsəl kənd sakini G.Əliyevanın çantasından içərisində 338 manat və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən Samux rayon sakini S.Həsənova saxlanılıb.

Faktla əlaqədar Ağdaş RPŞ-də Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.


Əlavə Edilib: 6 Yanvar , 2021,12:33 • Oxunub: 2

Sosial Şəbəkələrdə Paylaş