Gəncədə 32 yaşlı kişi bıçaqlanıb 

Günün Ən Son Xəbərləri 2021-06-23 15:47:06
Gəncədə 32 yaşlı kişi bıçaqlanıb 

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhər sakini, 1989-cu il təvəllüdlü Anar Məmmədov tanımadığı şəxs tərəfindən mübahisə zamanı kürəyindən 2 bıçaq zərbəsi alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafidir.

Hazırda hadisəni törədən şəxsin kimliyinin müəyyən edilməsi və saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri görülür.

Faktla bağlı araşdırma aparılır.


Əlavə Edilib: 10 ?yun , 2021,09:47 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş