Gələn il istehsal ediləcək bütün “iPhone”lar 5G-ni dəstəkləyəcək

Günün Ən Son Xəbərləri 2021-07-25 13:20:44
Gələn il istehsal ediləcək bütün “iPhone”lar 5G-ni dəstəkləyəcək

2022-ci ildə istehsal ediləcək bütün “iPhone” modelləri 5G texnologiyası ilə təchiz ediləcək.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, 5-ci nəsil mobil rabitəni dəstəkləyən aşağı büdcəli “iPhone” artıq gələn ilin ilk yarısında təqdim olunacaq. Cihaz bu il "Premium" sinifə aid “iPhone”larda istifadə olunacaq A15 prossesoru ilə işləyəcək.

5G-yə qoşulma isə “Qualcomm X60” modemi vasitəsilə həyata keçiriləcək.

Məlumata görə, SE-nin əvvəlki modelləri kimi aşağı büdcəli “iPhone” daha mükəmməl olan OLED displeyə deyil, 4,7 düym ölçülü maye kristalik ekrana malik olacaq və “iPhone 8”-in yenilənmiş versiyasına bənzəyəcək.


Əlavə Edilib: 21 ?yul , 2021,12:49 • Oxunub: 1

Sosial Şəbəkələrdə Paylaş