Filippində hərbi helikopter qəzaya uğradı, ölənlər var

Günün Ən Son Xəbərləri 2021-06-23 06:05:15
Filippində hərbi helikopter qəzaya uğradı, ölənlər var

Filippində Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində yeddi nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə yerli “Manila Bulletin” qəzeti bildirib.

Hadisə Bukidnon əyalətinin dağlıq kəndlərindən birinin ərazisində baş verib. Qəza zamanı helikopterdə iki pilot, iki heyət üzvü və üç sərnişin olub, onların hamısı ölüb.

Qeyd edilir ki, helikopter ordu briqadasının ehtiyatının təminatı üzrə missiyanı yerinə yetirirmiş.

Helikopter tamamilə dağılıb, hazırda qəza ərazisində axtarış əməliyyatı aparılır. Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.


Əlavə Edilib: 16 Yanvar , 2021,20:28 • Oxunub: 8

Sosial Şəbəkələrdə Paylaş