FHN gücləndirilmiş iş rejiminə keçib

Günün Ən Son Xəbərləri 2021-06-23 15:43:51
FHN gücləndirilmiş iş rejiminə keçib

Fövqəladə Hallar Nazirliyi (FHN) gücləndirilmiş iş rejiminə keçib.

Nazirlikdən "Report"a bildirilib ki, qarşıdan gələn həftələrdə UEFA Avropa Çempionatının bir neçə oyunu Bakı şəhərində keçiriləcək.

Bununla əlaqədar olaraq fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən Nazirlikdə Qərargah yaradılıb.

Qeyd olunub ki, həmçinin, oyunlarla bağlı bir sıra yerlərdə, o cümlədən Bakı Olimpiya Stadionu, Dalğa Arena, Bakcell Arena, Tofiq Bəhramov adına Respublika Stadionu və qonaqların qalacağı otellərdə aidiyyəti təhlükəsizlik tədbirlərinə nəzarət edilməsi məqsədilə Nazirliyin əlaqədar qurumlarına müvafiq tapşırıqlar verilib, təhlükəsizlik müayinələri keçirilib, maarifləndirmə işləri aparılıb.

Bildirilib ki, bundan əlavə, baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılmasının təmin edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.


Əlavə Edilib: 11 ?yun , 2021,17:43 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş