Ermənistanda müdafiə nazirinin birinci müavini təyin edildi

Günün Ən Son Xəbərləri 2021-07-25 12:46:21
Ermənistanda müdafiə nazirinin birinci müavini təyin edildi

Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Arşak Karapetyanın ölkənin müdafiə nazirinin birinci müavini təyin edilməsi barədə sərəncam imzalayıb.

"Report" xəbər verir ki, Karapetyan son təyinatına qədər Ermənistan silahlı qüvvələri baş qərargah rəisinin birinci müavini vəzifəsini tutub.

Xatırladaq ki, bu gün Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan istefa verib. Bununla bağlı isə sərəncamı ölkə prezidenti Armen Sarkisyan imzalayıb.


Əlavə Edilib: 20 ?yul , 2021,19:08 • Oxunub: 1

Sosial Şəbəkələrdə Paylaş