Ermənistanda koronavirusdan ölənlərin sayı 4 575-ə yüksəlib

Günün Ən Son Xəbərləri 2021-07-24 05:41:03
Ermənistanda koronavirusdan ölənlərin sayı 4 575-ə yüksəlib

Ermənistanda daha 225 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 228 161-ə çatıb. Son sutkada iki nəfər koronavirusdan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 575-ə yüksəlib.

Koronavirusa yoluxan 218 676 nəfər sağalıb, 3 797 pasiyent müalicə olunur.


Əlavə Edilib: 22 ?yul , 2021,11:05 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş