Ermənistanda koronavirusdan ölənlərin sayı 4 482-yə yüksəlib

Günün Ən Son Xəbərləri 2021-06-22 02:30:23
Ermənistanda koronavirusdan ölənlərin sayı 4 482-yə yüksəlib

Ermənistanda son sutkada koronavirusa daha 95 yoluxma qeydə alınıb.

“Report” xəbər verir ki, məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 223 555-a çatıb. Məlumata görə, ölkədə son sutkada daha 4 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 482-yə yüksəlib.

Koronavirusa yoluxan 214 998 nəfər sağalıb. Hazırda 2 983 pasiyent müalicə olunur.


Əlavə Edilib: 11 ?yun , 2021,11:03 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş