MN: Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi yenidən atəşə tutub

Günün Ən Son Xəbərləri 2021-06-22 03:34:42
MN: Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi yenidən atəşə tutub

İyunun 11-də saat 13.45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutulub.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - nazirlikdən bildirilib.


Əlavə Edilib: 11 ?yun , 2021,17:01 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş