"Ermənistan" fraksiyası sədrinin adı açıqlanıb

Günün Ən Son Xəbərləri 2021-07-24 05:10:18

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan parlamentdə “Ermənistan” fraksiyasına başçılıq edəcək.

“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Fraksiyanın katibi məsələsi blokda müzakirə olunacaq. Robert Koçaryan mandatdan imtina etdikdən sonra Ohanyan siyahıda 7-ci yeri tutub.

Keçmiş prezidentin başçılıq etdiyi siyasi blok iyunun 20-də keçirilən növbədənkənar parlament seçkilərində 29 yer qazanıb. Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası 71 yer qazanıb.

Avqustun 2-də yeni tərkibli parlamentin ilk iclası keçiriləcək.


Əlavə Edilib: 22 ?yul , 2021,16:54 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş