Emomali Rəhmon: "Əfqanıstanda vəziyyət qeyri-müəyyən və fövqəladə mürəkkəbdir”

Günün Ən Son Xəbərləri 2021-07-25 14:26:23
Emomali Rəhmon:

“Əfqanıstanda, xüsusilə Tacikistanla sərhəddə vəziyyət qeyri-müəyyən və fövqəladə mürəkkəbdir”.

“Report” “Sputnik Uzbekistan”a istinadən xəbər verir ki, bunu Tacikistan Prezidenti Emomali Rəhmon Silahlı Qüvvələrin hərbçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları qarşısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Əfqanıstandakı münaqişənin həlli hərb yolla mümkün deyil, yalnız dinc yolla nizamlanmalıdır: “Bizim üçün ilk növbədə tacik xalqının təhlükəsizliyi vacibdir. Ona görə də Əfqanıstanla sərhəd bölgəsinə əlavə olaraq 20 min zabit və əsgər göndərilib”.


Əlavə Edilib: 22 ?yul , 2021,17:24 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş