Əfqanıstanda terror aktı törədilib, 6 polis ölüb, 10-u yaralanıb

Günün Ən Son Xəbərləri 2021-06-22 01:41:58
Əfqanıstanda terror aktı törədilib, 6 polis ölüb, 10-u yaralanıb

Əfqanıstanın şimalında yerləşən Baqlan əyalətinin mərkəzi Pole-Xumri şəhərində hərbi baza yaxınlığında törədilən terror aktı nəticəsində təhlükəsizlik qüvvələrinin 6 əməkdaşı ölüb, 10-dan çoxu yaralanıb.

“Report” “TOLO News” telekanalına istinadən xəbər verir ki, bunu yerli hökumətin nümayəndələri bildirib.

Hadisə iyunun 9-dan 10-na keçən gecə hərbi bazanın yaxınlığında baş verib. Terrorçular avtomobili partladıblar.

“Taliban” qruplaşması partlayışın məsuliyyətini üzərinə götürüb.


Əlavə Edilib: 10 ?yun , 2021,11:30 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş