Dövlət Vergi Xidməti büdcə proqnozuna 124% əməl edib

Günün Ən Son Xəbərləri 2021-07-24 04:21:53
Dövlət Vergi Xidməti büdcə proqnozuna 124% əməl edib

Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 4 342 milyon manat vəsait daxil olub.

“Report” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu proqnoza nisbətən 851,6 milyon manat və yaxud 24,4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 336,7 milyon manat və yaxud 8,4% çoxdur.

Rüblük vəsaitin 73,1 %-i və yaxud 3 175,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 1 il əvvələ nisbətən 276,2 milyon manat və yaxud 9,5% çoxdur.


Əlavə Edilib: 22 ?yul , 2021,17:01 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş