Dopinqə görə diskvalifikasiya olunan qapıçının cəzası azaldıldı

Günün Ən Son Xəbərləri 2021-06-22 01:45:58
Dopinqə görə diskvalifikasiya olunan qapıçının cəzası azaldıldı

İdman Arbitraj Məhkəməsi (CAS) Niderlandın "Ayaks" klubunun qapıçı Andre Onana ilə bağlı apelyasiya şikayətini qismən təmin edib.

"Report" CAS-ın rəsmi saytına istinadən xəbər verir ki, dopinqə görə 1 illik diskvalifikasiya olunmuş kamerunlu qolkiperin cəza müddəti 9 aya endirilib.

Daha əvvəl Amsterdam təmsilçisi 25 yaşlı oyunçunun müqaviləsini 2024-cü ilin iyulunadək uzatmışdı.

Qeyd edək ki, fevralın 5-də Andre Onananın qanında qadağan olunmuş furosemid maddəsi aşkarlanıb.


Əlavə Edilib: 10 ?yun , 2021,18:24 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş