Donald Tramp etirazçılara müraciət etdi: Evinizə gedin

Günün Ən Son Xəbərləri 2021-03-06 03:03:58
Donald Tramp etirazçılara müraciət etdi: Evinizə gedin

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda etiraz aksiyası keçirənlərə müraciət edib.

“Report” xəbər verir ki, Ağ Ev rəhbəri özünün tvitterdəki hesabında etdiyi videomüraciətdə etirazçıları evlərinə getməyə çağırıb.

"Ölkəmizdə nəticələri oğurlanan seçkilər keçirildi. Ancaq siz indi evə getməlisiniz. Bizdə sülh, qayda-qanun olmalıdır, biz çox gözəl insanlarımıza hörmət etməliyik. Biz istəmirik ki, kimsə zərər çəksin.

Bu, saxtalaşdırılmış seçkilər idi. Lakin biz bu insanların əlinə oynaya bilmərik. Bizə sülh lazımdır. Buna görə də evə gedin. Biz sizi sevirik. Siz xüsusisiniz. Dinc şəkildə evə gedin", - deyə Tramp videomüraciətində deyib.

Bu arada "Fox News" telekanalı bildirib ki, Pentaqon Vaşinqtona ABŞ Milli Qvardiyasının 1,8 min hərbçisini yerləşdirmək niyyətindədir.


Əlavə Edilib: 7 Yanvar , 2021,01:28 • Oxunub: 3

Sosial Şəbəkələrdə Paylaş