DİM: Bir nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib

Günün Ən Son Xəbərləri 2021-06-22 11:56:23
DİM: Bir nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 10 iyun 2021-ci il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi növbəti buraxılış imtahanları keçirilib.

DİM-dən "Report"a verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən 1 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.


Əlavə Edilib: 10 ?yun , 2021,15:07 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş