Deputat: "Şuşaya gələn hər bir insan erməni vəhşiliyinin şahidi olacaq"

Günün Ən Son Xəbərləri 2021-03-06 14:51:32
Deputat:

“Azərbaycan dünyada sivilizasiyalar arasında dialoqu, fərqli mədəniyyətlərə hörmət ruhunu, tolerantlığı yayan, təbliğ edən, ümumbəşəri dəyərlərin hakimliyinə çalışan ölkə kimi tanınıb. Xocalı soyqırımını yaşayan xalqımız dünyada ən sülhsevər xalq imici qazanıb. Məkrli ərazi iddialarını gerçəkləşdirmək xülyası ilə yaşayan erməni vandalları isə dünyada bütövlükdə bəşəriyyətə, insanlığa qarşı yönəlmiş soyqırımını, terror siyasəti həyata keçirən, dəhşətli cinayətlərə imza atan bir toplum kimi özlərini dünyaya təqdim edirlər”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsi faşizm ideologiyasından bəhrələnən erməni təcavüzkarlarının əsl üzünü dünyaya nümayiş etdirdi: “Dünya gördü ki, saxta keçmişləri haqqında saxta nağıllarla hər kəsi bezdirən, beynəlxalq təşkilatlardan dilənçi kimi sədəqə uman bu toplum işğalçı mövqeyinə görə sərhədlərini qapayıb geniş kommunikasiyalara, inkişafa mane olur, regionun təhlükəsizliyinə ciddi təhdid yaradır. Erməni vandalları insanlara yönələn və xüsusi qəddarlığı ilə seçilən cinayətlərlə, soyqırımı ilə yanaşı bəşər mədəniyyətinə, dünyanın mədəni irsinə qarşı törətdikləri cinayətlər də dünya ictimaiyyətinin gözü qarşısında baş verib. Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv edib, Azərbaycanın tarixi, maddi-mədəni irsinin məhv edilməsinə hədəflənən məqsədyönlü siyasət həyata keçiriblər”.


Əlavə Edilib: 16 Yanvar , 2021,17:43 • Oxunub: 1

Sosial Şəbəkələrdə Paylaş