Deputat şirkətləri Məşğulluq marafonuna qoşulmağa çağırıb

Günün Ən Son Xəbərləri 2021-06-22 12:08:49
Deputat şirkətləri Məşğulluq marafonuna qoşulmağa çağırıb

“Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluq marafonuna start verdi. Bu marafonun məqsədi bu ilin sonunadək şəhid ailələrinin, qazilərinin, müharibə veteranlarının məşğulluğunun təmin etməkdən ibarətdir. Hər bir şirkət buna təşəbbüs göstərərsə həmin kateqoriyadan olan şəxslərin məşğulluğunu təmin edə bilərik”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

“Əgər hər müəssisə 3 şəhid ailəsini, müharibə veteranını, qazini işlə təmin edərsə bu problem qalmaz. Mən bütün şirkətlərə, dövlət təşkilatlarına, deputatlara müraciət edirəm ki, gəlin bu marafona qoşulaq. Marafon ilin sonunadək davam edəcək”, - deputat vurğulayıb.


Əlavə Edilib: 11 ?yun , 2021,11:48 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş