Daha iki yataqlar üzrə Neft Fonduna köçürmələrə başlanılıb

Günün Ən Son Xəbərləri 2021-06-22 12:13:07
Daha iki yataqlar üzrə Neft Fonduna köçürmələrə başlanılıb

Azərbaycanın quruda yerləşən “Mişovdağ” və “Kəlaməddin” yataqlar üzrə faktiki hasilat proqnozunda nəzərdə tutulmuş 0,63 milyon barrel səviyyəsinə qarşı 0,62 milyon barel təşkil edib.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il büdcəsinin icrasına dair Hesablama Palatasının verdiyi rəydə deyilir.

Məlumata görə, bu yataqlar üzrə hasilat proqnozu 97,76 % icra edilib

Rəydə bildirilir ki, bu yataqlar üzrə daxilolmalar 0,44 milyon ABŞ dolları təşkil edib.

30 iyun 2020-ci il tarixinə “Mişovdağ-Kəlaməddin” yatağı üzrə Dövlət Neft Fonduna hər hansı daxilolmaların olmadığı, habelə bu yatağın operatoru olan “Karasu” şirkətinin rəsmi məlumatına əsasən büdcədə nəzərdə tutulan 35 ABŞ dolları qiyməti ilə bu yataqdan hər hansı gəlirlərin proqnozlaşdırılmadığını nəzərə alaraq, bu yataqlar üzrə büdcədə hər hansı daxilolmalar nəzərdə tutulmayıb. Lakin xam neftin qiymətinin büdcə proqnozlaşdırılandan üstün olması səbəbindən bu yataq üzrə Fonda 0,44 milyon ABŞ dolları məbləğində gəlirlər daxil olub.

Təqdim olunan proqnozla müqayisədə Neft Fonduna ödənişlərin artması 2020-ci ilin sonunda neft qiymətlərinin artması ilə əlaqədardır.

Qeyd edək ki, "Mişovdağ" yatağı Bakı şəhərindən 80 km cənub-qərb istiqamətdə yerləşir. 1956-ci ildən işlənməyə daxil edilib. Yataqda 754 quyu qazılıb.

"Kəlaməddin" yatağı isə Hacıqabul stansiyasının şimal-qərbində, Kəlaməddin silsiləsinin mərkəzi hissəsində yerləşir. Yataq 1978-ci ildə kəşf edilib, 1980-ci ildə işlənməyə verilib. "Kəlaməddin" yatağında ümumilikdə 151 quyu qazılıb.


Əlavə Edilib: 10 ?yun , 2021,10:58 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş