Çində zavodda partlayış baş verib

Günün Ən Son Xəbərləri 2021-08-06 00:36:02
Çində zavodda partlayış baş verib

Çinin Henan vilayətinin Denfen şəhərində yerləşən alüminium ərintiləri zavodunda partlayış baş verib.

Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər rəhbərliyinin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.

Məlumata görə, hadisə yerli vaxtla saat 06:00 radələrində baş verib. Hadisəyə yaxınlıqdan axan çayda baş verən daşqın səbəb olub. Belə ki, yerli vaxtla 04:00 radələrində İnhe çayında suyun səviyyəsi artıb və zavodun divarını zədələyib. Nəticədə zavodun ərazisini su basıb. Zavod dərhal elektrik enerjisi ötürülməsini dayandırıb və əməkdaşların təxliyəsinə başlanılıb.

Saat 06:00 radələrində suyun yüksək temperaturlu ərinti anbarını basması nəticəsində partlayış baş verib.

Hadisədə ölən olmayıb, zərərçəkmişlər barədə məlumat verilmir.


Əlavə Edilib: 20 ?yul , 2021,09:59 • Oxunub: 1

Sosial Şəbəkələrdə Paylaş