Çin dövlət ehtiyatlarından əlvan metalların növbəti hissəsini satışa çıxarıb

Günün Ən Son Xəbərləri 2021-08-06 01:45:54
Çin dövlət ehtiyatlarından əlvan metalların növbəti hissəsini satışa çıxarıb

Çin iyul ayında ikinci dəfə dövlət ehtiyyatlarından əlvan metalları satışa çıxarır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, söhbət 30 min ton mis, 90 min ton alüminium və 50 min ton sink olmaqla, ümumilikdə 170 tona yaxın əlvan metaldan gedir. Eyni metallardan bu ay artıq 100 min ton satılıb.

Qeyd edilir ki, Çinin bu addımı əlvan metal bazarındakı qiymətləri sabitləşdirmək məqsədi daşıyır. Belə ki, bu ilin əvvəlindən COVİD-19-un yayılması, tələb və təklif arasındakı disbalansdan dolayı əlvan metalların qiyməti kəskin artıb. Bu isə öz növbəsində orta və kiçik biznesə təziq göstərir.

Sonuncu dəfə Çin ehtiyyatlarından alüminium və sinki 2010-cu ildə, ondan əvvəl alüminiumu isə 2005-ci ildə satıb.


Əlavə Edilib: 21 ?yul , 2021,14:30 • Oxunub: 1

Sosial Şəbəkələrdə Paylaş