Ceyhun Bayramov Kestudis Yankauskasla vidalaşdı

Günün Ən Son Xəbərləri 2021-08-06 01:42:09
Ceyhun Bayramov Kestudis Yankauskasla vidalaşdı

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsi səfir Kestudis Yankauskası ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Bu barədə "Report"a XİN-dən məlumat verilib.

Nazir Ceyhun Bayramov səfir Kestudis Yankauskasın ölkəmizdə Aİ-nin nümayəndəsi qismində çalışdığı müddətində peşəkar, məqsədyönlü və uğurlu fəaliyyətini vurğulayıb, Azərbaycan və Aİ arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə ona təşəkkürünü bildirib.

Səfir Kestudis Yankauskas fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib. O, Aİ-nin bölgənin sülh və dostluq şəraitində inkişaf etməsində maraqlı olduğunu qeyd edib. Aİ-Azərbaycan tərəfdaşlığında yeni əməkdaşlıq imkanlarından faydalanmağın əhəmiyyətini vurğulayıb.

Görüşdə tərəflər, həmçinin Aİ ilə bağlı baş verən ən son hadisələr, o cümlədən son ay ərzində Azərbaycana həyata keçirilən yüksək səviyyəli səfərlər, eləcə də əməkdaşlıq perspektivləri, Şərq Tərəfdaşlığı ölkələrinin qarşıdan gələn yüksək səviyyəli görüşünə hazırlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Nazir Ceyhun Bayramov səfir Kestudis Yankauskasa gələcək fəaliyyətində uğurlar arzulayıb.


Əlavə Edilib: 22 ?yul , 2021,19:48 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş