Ceyhun Bayramov iranlı həmkarı ilə telefonla danışıb

Günün Ən Son Xəbərləri 2021-07-25 13:28:12
Ceyhun Bayramov iranlı həmkarı ilə telefonla danışıb

İyulun 20-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.

XİN-dən "Report"a verilən məlumaat görə, nazirlər müqəddəs Qurban bayramı münasibətilə bir-birlərini təbrik edib, xalqlarımıza və ölkələrimizə sülh, əminamanlıq və tərəqqi arzu ediblər.

Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.


Əlavə Edilib: 20 ?yul , 2021,17:48 • Oxunub: 1

Sosial Şəbəkələrdə Paylaş