"Çelsi" Avropa çempionu ilə müqaviləni uzadır

Günün Ən Son Xəbərləri 2021-07-25 14:19:53

İngiltərənin "Çelsi" klubu futbolçusu Jorjinyo ilə müqavilənin müddətini uzatmağa yaxındır.

"Report" İtaliya mətbuatına istinadən xəbər verir ki, tərəflər artıq danışıqlar prosesinə start verib.

30 yaşlı yarımmüdafiəçinin "zadəganlar"la hazırkı sözləşməsi 2023-cü ilin yayında başa çatır.

Qeyd edək ki, Jorjinyo 2018-ci ildən "Çelsi"nin formasını geyinir. O, Avropa çempionatında İtaliya millisi ilə çempion olub.


Əlavə Edilib: 20 ?yul , 2021,16:44 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş