Cəlilabadda 6 yaşlı uşaq 2-ci mərtəbədən yerə düşərək ağır xəsarət aldı

Günün Ən Son Xəbərləri 2021-07-24 04:38:01
Cəlilabadda 6 yaşlı uşaq 2-ci mərtəbədən yerə düşərək ağır xəsarət aldı

Cəlilabad rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yıxılma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Cəlilabad rayonunda qeydə alınıb.

Yaşadığı evin 2-ci mərtəbəsindən ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona açıq kəllə-beyin travması, baş-beyin əziyi və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.


Əlavə Edilib: 22 ?yul , 2021,22:20 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş