Britaniyanın Müdafiə Nazirliyinin mütəxəssisi Füzulidə minalarla bağlı vəziyyəti araşdırıb

Günün Ən Son Xəbərləri 2021-06-22 03:42:56
Britaniyanın Müdafiə Nazirliyinin mütəxəssisi Füzulidə minalarla bağlı vəziyyəti araşdırıb

Böyük Britaniyanın Müdafiə Nazirliyinin partlayıcı maddələrə qarşı mütəxəssisi Ermənistan işğalından azad olunmuş Füzuli rayonuna səfər edib.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Britaniyalı ekspert Füzulidə mina basdırılmış ərazilərdəki vəziyyəti araşdırıb.

“Səfərin məqsədi Britaniyanın bu ölümcül cihazlardan gələn təhlükəni aradan qaldırmaq üçün Azərbaycanla necə işləyə biləcəyini müəyyən etməkdir”, - diplomatik nümayəndəlikdən bildiriblər.

Britaniyalı mütəxəssisi Füzuliyə səfərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları müşaiyət ediblər.


Əlavə Edilib: 10 ?yun , 2021,17:34 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş