"Borussiya" Kvaratsxeliya ilə maraqlanır

Günün Ən Son Xəbərləri 2021-07-25 14:27:02

Rusiyanın "Rubin" klubunun futbolçusu Xviça Kvaratsxeliya karyerasını Almaniyada davam etdirə bilər.

"Report" "Sky Sport"a istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə Mönhenqladbax "Borussiya"sı maraqlanır.

Klub Kvaratsxeliyanı maraqlı, həmçinin bahalı futbolçu hesab edir.

Gürcüstanlı oyunçunun mümkün transferi 15 - 20 milyon avro olaraq qiymətləndirilir. Mönhenqladbax təmsilçisi hücumçuları - Markus Tyuram, Alassana Plea və Yonas Hofmannı sata bilsə, Kvaratsxeliyanın keçidi üçün danışıqları sürətləndirə bilər.

Qeyd edək ki, Xviça Kvaratsxeliya ötən mövsüm Rusiya çempionatında 23 oyuna 4 qol vurub. O, driblinq sayına (159) görə də mövsümün lideri olub.

Kvaratsxeliya Azərbaycan yığmasının keçmiş futbolçusu Badri Kvaratsxeliyanın oğludur.


Əlavə Edilib: 20 ?yul , 2021,13:35 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş