Bolqarıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Günün Ən Son Xəbərləri 2021-05-07 23:14:22
Bolqarıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, mətndə deyilir:

"Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək bildirmək istərdim ki, Bolqarıstan Respublikası Cənubi Qafqaz regionunda Azərbaycan Respublikasını özünün strateji tərəfdaşı hesab edir. İnanıram ki, ölkələrimiz və xalqlarımızın dostluq münasibətləri sayəsində Bolqarıstan ilə Azərbaycan arasındakı fəal təmaslar, səmərəli əməkdaşlıq dost dövlətlərimiz və xalqlarımızın maraqları naminə daha da inkişaf edəcək.

Sizə möhkəm cansağlığı, rifah və ali dövləti vəzifənizdə uğurlar arzulayıram.

Hörmətli cənab Prezident, ən dərin ehtiramımı qəbul edin".


Əlavə Edilib: 29 Dekabr , 2020,19:45 • Oxunub: 8

Sosial Şəbəkələrdə Paylaş