Biləsuvarda əmisi oğlunu xilas edən məktəbli çayda boğuldu

Günün Ən Son Xəbərləri 2021-07-25 14:18:37
Biləsuvarda əmisi oğlunu xilas edən məktəbli çayda boğuldu

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Bolqarçayda çimən məktəblilərdən biri, Biləsuvar şəhər sakini, 2006-cı il təvəllüdlü Məmmədov Fərid Seymur oğlu boğularaq ölüb.

Mərhum 10 yaşlı əmisi oğlunun boğulmasını görüb və onu suyun dayaz hissəsinə çıxarıb. Lakin özü yorulduğundan çayda boğulub.

Qeyd edək ki, orta məktəbin 9-cu sinfini bitirən F. Məmmədli ailənin tək oğul övladı olub.


Əlavə Edilib: 20 ?yul , 2021,21:04 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş