Bazar gününün havası açıqlandı

Günün Ən Son Xəbərləri 2021-06-23 07:34:23
Bazar gününün havası açıqlandı

Bakıda və Abşeron yarımadasında yanvarın 17-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 9-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 17-də gündüz Bakıda və Abşeron yarımadasında mülayim cənub küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Milli Hidrometeorologiya Xidməti havanın kəskin dəyişəcəyi barədə ilkin xəbərdarlıq da yayıb. Belə ki, Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan başlayaraq 21-i gündüzədək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10° aşağı enəcək. Yanvarın 20-21-də çovğun olacağı, 21-22-də isə gecə saatlarında yolların buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında isə yanvarın 18-i gündüz qərb rayonlarından başlayaraq 21-i gündüzədək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi arabir 15-18 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10° aşağı enəcək. Çovğun olacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.


Əlavə Edilib: 16 Yanvar , 2021,13:11 • Oxunub: 2

Sosial Şəbəkələrdə Paylaş