Bakıda yol qəzası olub, xəsarət alan var

Günün Ən Son Xəbərləri 2021-06-22 12:17:29
Bakıda yol qəzası olub, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 34 yaşlı Məmmədov Elçin Yaşar oğlunun idarə etdiyi motosiklet minik avtomobili ilə toqquşub. Hadisə zamanı E.Məmmədov ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bud sümüyünün yerdəyişən açıq sınığı və bədənin müştərək travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Əlavə Edilib: 11 ?yun , 2021,08:11 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş