Bakıda oğurlanmış kanalizasiya qapaqları yeniləri ilə əvəz edilib

Günün Ən Son Xəbərləri 2021-06-23 15:29:40
Bakıda oğurlanmış kanalizasiya qapaqları yeniləri ilə əvəz edilib

Bakıda, Binəqədi şossesində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qarşısındakı küçədə kanalizasiya baxış quyularının və siyirtmə kamerasının oğurlanmış qapaqları yeniləri ilə əvəzlənib.

Bu barədə “Report” "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, qurumun Binəqədi Rayon Sukanal İdarəsi quyulara yeni qapaqlar qoyub.

Xatırladaq ki, iyunun 8-də 4 ədəd kanalizasiya baxış quyusunun və siyirtmə kamerasının qapaqlarını naməlum şəxslər oğurlayıb. Faktla bağlı Binəqədi Rayon Sukanal İdarəsi Binəqədi Rayon Polis İdarəsinə müraciət edib.


Əlavə Edilib: 10 ?yun , 2021,16:09 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş