Bakıda hazırlanan dronların sınaq uçuşları həyata keçirilib

Günün Ən Son Xəbərləri 2021-06-22 12:36:34
Bakıda hazırlanan dronların sınaq uçuşları həyata keçirilib

AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiya Parkı” MMC tərəfindən kənd təsərrüfatının, xüsusilə bitkiçiliyin inkişafına xidmət edəcək yeni layihə icra olunur.

"Report" xəbər verir ki, müəssisənin istehsal etdiyi dronların tətbiq sahələrini genişləndirmək məqsədilə yeni sınaqlar aparılır.

Sınaqlar zamanı pilotsuz uçuş aparatına birləşdirilmiş multispektral kamera vasitəsilə çəkilişlər edilir, əldə edilmiş təsvirlər xüsusi proqram təminatı ilə emal olunaraq sahədəki bitkilərin vegetasiya indeksi, rəqəmsal modeli, orotofotoplanı hesablanır və məlumatlar əsasında hesabat hazırlanır.

Qeyd edək ki, bu innovativ texnologiya bir çox inkişaf etmiş ölkələrdə “ağıllı ferma” texnologiyasının tərkib elementi kimi istifadə olunur. Yüksək texnologiyaların sürətli inkişafı və tətbiqi gələcəkdə Azərbaycanda “ağıllı kənd təsərrüfatı” sahəsinin inkişafına ciddi təkan verəcək. Bu məqsədlə artıq bir sıra iri kənd təsərrüfatı müəssisələri ilə əlaqələr qurulub və sınaqların nəticələri aidiyyatı mütəxəssislərlə birgə nəzərdən keçirilib. Bu istiqamətdə yeni innovativ texnologiyaların tətbiqi üzrə tərəfdaşlarla birgə işlər aparılır.


Əlavə Edilib: 11 ?yun , 2021,17:46 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş