Bakıda avtomobillə vurulan kişinin ayağı sındı

Günün Ən Son Xəbərləri 2021-06-23 16:19:17
Bakıda avtomobillə vurulan kişinin ayağı sındı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Mehdiyev Nazim Qəhrəman oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bud sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

İlqar Abdullayev


Əlavə Edilib: 12 ?yun , 2021,00:29 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş