“Bakı Neft Maşınqayırma Zavodu”nun xalis mənfəəti 3 dəfə azalıb

Günün Ən Son Xəbərləri 2021-06-22 02:28:57
“Bakı Neft Maşınqayırma Zavodu”nun xalis mənfəəti 3 dəfə azalıb

“Bakı Neft Maşınqayırma Zavodu” ASC 2020-ci ili 281 min manat xalis mənfəətlə başa vurub.

“Report” zavodun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 2,5 dəfə azdır.

Ötən il “Bakı Neft Maşınqayırma Zavodu”nun vergiyəqədərki mənfəəti 351 min manat (əvvəlki ilə nisbətən 2,5 dəfə az), mənfəət vergisi ödəmələri isə 70 min manat (2,5 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “Bakı Neft Maşınqayırma Zavodu”nun aktivləri 19,377 milyon manat olub ki, bu da illik müqayisədə 57,1% çoxdur. Hesabat dövründə zavodun öhdəlikləri 44,9% azalaraq 1,501 milyon manata düşüb, balans kapitalı isə 86% artaraq 17,876 milyon manata, o cümlədən nizamnamə kapitalı 74,6% artaraq 16,1 milyon manata çatıb.

Xatırladaq ki, “Bakı Neft Maşınqayırma Zavodu” 2010-cu ildə “Səttərxan adına Maşınqayırma Zavodu”, “Bakı Maşınqayırma Zavodu”, “28 May adına Maşınqayırma Zavodu” və “Bakı Neft-Mədən Maşınqayırma Zavodu” ASC-lərin birləşdirilməsi ilə yaradılıb. Müəssisənin 97,35%-i Sahib Səlimova, 2,65%-i isə fiziki şəxslərə (əmək kollektivinə) məxsusdur.


Əlavə Edilib: 11 ?yun , 2021,11:26 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş