Bakı-London-Bakı istiqamətində xüsusi reyslər həyata keçiriləcək

Günün Ən Son Xəbərləri 2021-06-22 12:45:37
 Bakı-London-Bakı istiqamətində xüsusi reyslər həyata keçiriləcək

Bu gün və iyunun 17-də Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçiriləcək.

“Report” xəbər verir ki, "Azərbaycan Hava Yolları" aviaşirkəti Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərinin yerinə yetirilməsinə bu gündən etibarən başlayır.

Uçuş bu gün Bakıdan Londona saat 12:30-da həyata keçiriləcək, təyyarə gecə 3:30-da Bakıya eniş edəcək. Növbəti reys 17 iyun tarixində həyata keçiriləcək və təyyarə 13:00-da Bakıdan qalxacaq, gecə 3:30-da Bakıya eniş edəcək.

Qeyd edək ki, iyulun 3-də Bakı-London-Bakı marşrutu istiqamətində müntəzəm reyslərin həyata keçirilməsi gözlənilir.


Əlavə Edilib: 11 ?yun , 2021,12:25 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş