"Azərenerji"nin ixrac gəlirləri 21% azalıb

Günün Ən Son Xəbərləri 2021-07-25 12:57:45

Bu ilin yanvar-iyun aylarında "Azərenerji" ASC 33 milyon ABŞ dolları dəyərində 813,3 milyon kVt/saat elektrik enerjisi ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,6 milyon dollar (20,7%) və 106,85 milyon kVt/saat (11,6%) azdır.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,4%, qeyri-neft sektoru üzrə ixracında isə 2,8% paya malik olub.


Əlavə Edilib: 20 ?yul , 2021,13:10 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş