Azərbaycanla İsveç tekstil sahəsində əməkdaşlıq edə bilər

Günün Ən Son Xəbərləri 2021-06-22 03:24:15
Azərbaycanla İsveç tekstil sahəsində əməkdaşlıq edə bilər

“Azərbaycanla İsveç tekstil incəsənəti sahəsində böyük irsə sahibdir. Bu səbəbdən hesab edirəm ki, gələcək əməkdaşlıq üçün imkanlar var”.

Bunu “Report”a İsveçin Azərbaycandakı səfiri Kristian Kamill bildirib.

O deyib ki, lakin bu sahədə əməkdaşlıq üçün maraq, təşəbbüs, şirkətlərdən gəlməlidir: “Yəni, bu sahənin nümayəndələri bir-biriləri ilə özləri əməkdaşlıq qurmağa qarşılıqlı maraq göstərməlidirlər”.

Səfir Azərbaycanın xalçaçılıq sənətinə toxunub: “Azərbaycana gələn hər bir əcnəbi qonaq Azərbaycan xalçalarının naxışlarına heyran olurlar. Ümid edirəm ki, “Azərxalça”nın yeni rəhbərliyi vasitəsilə xalçaçılıq sənətinin nümunələri daha geniş məkanda-Skandinaviya ölkələrində sərgilənər”.

Xatırladaq ki, Azərbaycanla İsveç arasında ticarət dövriyyəsi bu ilin beş ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 11, 7 % azalaraq 9,995 mln ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsində Azərbaycanın ixracı 615 min ABŞ dolları, İsveçin Azərbaycana idxal isə 9, 340 mln ABŞ dolları təşkil edib.


Əlavə Edilib: 11 ?yun , 2021,13:15 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş