Azərbaycanda ödənişli xidmətlər hesabına büdcə daxilolmaları 4% artıb

Günün Ən Son Xəbərləri 2021-07-25 12:44:34
Azərbaycanda ödənişli xidmətlər hesabına büdcə daxilolmaları 4% artıb

Bu ilin I yarısında Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 276,4 milyon manat təşkil edib.

“Report” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 10 milyon manat və yaxud 3,8% çoxdur.

Hesabat dövründə sair büdcə daxilolmaları isə 154,4 milyon manat olub ki, bu da proqnoza nisbətən 121,4 milyon manat və yaxud 4,7 dəfə, illik müqayisədə isə 102,8 milyon manat və yaxud 3 dəfə çoxdur.


Əlavə Edilib: 22 ?yul , 2021,17:12 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş