Azərbaycanda adambaşıma bir bank kartı düşür - Onlar niyə ölkədə istehsal olunmur?

Günün Ən Son Xəbərləri 2021-06-22 11:48:32
Azərbaycanda adambaşıma bir bank kartı düşür - Onlar niyə ölkədə istehsal olunmur?

Azərbaycanda dövriyyədə olan bank kartlarının sayı getdikcə artır. Ən son məlumatlara görə, hazırda ölkədə təxminən 10 milyon ədəd, yəni əhalinin sayı qədər bank kartı var ki, bu da 1 il əvvələ nisbətən 20-25% çoxdur. Bəs bu kartlar necə hazırlanır? Onların 16 rəqəmli nömrəsi, CVV kodları necə müəyyən olunur? "Report" bununla bağlı bazar iştirakçılarını danışdırıb.

Ölkədə 2 əsas prosessinq mərkəzi var

Hazırda Azərbaycanda 2 əsas prosessinq mərkəzi fəaliyyət göstərir. Bunlar "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə məxsus "Azericard" MMC, eləcə də 16 digər yerli bankın, "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) və “Urbis Holding İnc.” şirkətinin birgə yaratdığı "Millikart" MMC-dir.

"Azericard"ın Biznesin inkişafı departamentinin direktoru Cahangir Məmmədov deyir ki, onların işi dövriyyədə olan bank kartlarına texniki xidmət göstərməkdir. Yəni, prosessinq mərkəzi olaraq kart istehsalı ilə məşğul deyillər: "Plastik kartın sifarişi, Azərbaycana gətirilməsi və fiziki olaraq dövriyyəyə buraxılmasını bank həyata keçirir. Biz isə onları aktiv fəaliyyətə keçiririk. Yəni, kart istehsal olunduqdan sonra onu təqdim edən bank bizimlə əməkdaşlığı edirsə, biz onu sistemdə aktiv edirik, ona texniki xidmət göstəririk".

Bank kartları Azərbaycana bir neçə ölkədən gətirilir

Azərbaycanda bank kartları istehsal olunmur. Yerli banklar onu xaricdən idxal edir və öz müştərilərinə təqdim edirlər. “Bank Respublika” ASC-də deyirlər ki, onlar kartların hazırlanması üçün bir neçə ölkənin şirkətlərinə müraciət edirlər:


Əlavə Edilib: 10 ?yun , 2021,10:59 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş