Azərbaycana qarşı "casus proqramı" təxribatı - RƏY

Günün Ən Son Xəbərləri 2021-07-24 04:58:01
Azərbaycana qarşı

OCCRP (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi) iddia edib ki, Azərbaycan hökuməti İsrail şirkətindən aldığı proqramla Azərbaycanda 1000-ə yaxın şəxsin telefonnalrını dinləyir, telefonlar vasitəsilə onları izləyir. Həmin siyahıda siyasi fəalların, məşhur jurnalistlərin də adları var.

Ekspertlər deyir ki, 44 günlük müharibədən sonra media, cəmiyyət, hökumət, siyasi qüvvələr arasında yaranan həmrəylik bəzi qüvvələri narahat edir. Ona görə də bu cür məqalələrlə iinsanları bir-birinə qarşı qoymğa cəhd edirlər.

Siyahıda adı olan “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Report”a açıqlamasında bildirib ki, belə bir yazının hazırlanması və siyahının yayılması Azərbaycana qarşı təxribatdır:

“Əks halda böyük layihənin içindən kiçik Azərbaycan fraqmentini qabardıb, yalnız Azərbaycanın üzərinə gəlməzdilər. Bu, daxili həmrəyliyi pozmaq üçün Azərbaycana qarşı təxribatdır”.


Əlavə Edilib: 20 ?yul , 2021,12:20 • Oxunub: 1

Sosial Şəbəkələrdə Paylaş