Azərbaycan və Ukraynada hadisələri obyektiv çatdırmaq üçün platform yaradıldı

Günün Ən Son Xəbərləri 2021-08-06 00:18:34
Azərbaycan və Ukraynada hadisələri obyektiv çatdırmaq üçün platform yaradıldı

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu (UABD) Kiyevdə Ukrayna Müstəqil İnformasiya Agentliyinin (UNİAN) mətbuat zalında bu ölkəyə məxsus “İnformasiya Cəmiyyəti İnstitutu” təşkilatı ilə birgə dəyirmi masa keçirib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, dəyirmi masada iki təşkilatın birgə təsis etdiyi “Ukrayna-Azərbaycan” beynəlxalq media platformunun təqdimatı olub.

Ukrayna prezidenti ofisinin müşaviri Oleksiy Arestoviç dəyirmi masada bildirib ki, Azərbaycan və Ukrayna KİV-in vahid media platformu çərçivəsində fəaliyyəti qarşılıqlı əməkdaşlığın səviyyəsini yüksəldəcək.

“Bu, uzunmüddətli, mehriban, sözün yaxşı mənasında nəhayətsiz əməkdaşlığa çevriləcək, heç bir zaman bitməyəcək. Biz bir yerdə çalışaraq insanlara doğru məlumat əldə etmək imkanı qazandırmaq üçün yaxşı fürsət əldə etmişik” – deyən ukraynalı rəsmi İkinci Qarabağ müharibəsi günlərində Azərbaycan KİV-nin son dərəcə peşəkar fəaliyyətini də qeyd edib: “Dünyaya verdiyiniz dərslər ən yüksək diqqətə layiqdir və informasiya sahəsində dünyanın bütün peşəkarları tərəfindən araşdırılır”.


Əlavə Edilib: 22 ?yul , 2021,17:31 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş