Azərbaycan lideri: "Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndiririk"

Günün Ən Son Xəbərləri 2021-06-23 14:49:22
Azərbaycan lideri:

"Biz 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların əldə edilməsində və həyata keçirilməsində Rusiya Federasiyasının vasitəçilik səylərini yüksək qiymətləndiririk".

"Report" xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə ünvanladığı təbrik məktubunda yer alıb.

"İnanıram ki, Azərbaycan-Rusiya strateji tərəfdaşlığı və çoxplanlı qarşılıqlı fəaliyyəti bundan sonra da səmərəli inkişaf edəcək və dərinləşəcək, xalqlarımızın və ölkələrimizin rifahı, regionda sabitliyin, əməkdaşlığın və tərəqqinin təmin edilməsi naminə yeni məzmun kəsb edəcək", - məktubda qeyd olunub.


Əlavə Edilib: 11 ?yun , 2021,15:51 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş