Azərbaycan İlahiyyat İnstitutu ötən il 154 min manat mənfəət əldə edib

Günün Ən Son Xəbərləri 2021-06-22 03:40:34
Azərbaycan İlahiyyat İnstitutu ötən il 154 min manat mənfəət əldə edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2020-ci ili 154 min manat mənfəətlə başa vurub. Halbuki, 2019-cu ildə İnstitutun gəlirləri və xərcləri bərabər olmuşdu.

“Report” xəbər verir ki, ötən il Aİİ əvvəlki ilə nisbətən 21,5% çox - 2,117 milyon manat gəlir əldə edib. Bunun demək ki, hamısı qeyri-birja əməliyyatlarından əldə olunub, yəni dövlət büdcəsindən ayırmalardır.

Hesabat dövründə Aİİ-nin xərcləri isə 12,7% artaraq 1,964 milyon manat, o cümlədən sərf etdiyi materialların dəyəri təxminən 17% artaraq 37 min manat, əmək haqqı və işçilərlə bağlı digər xərcləri 22,2% artaraq 1,593 milyon manat, amortizasiya xərcləri təxminən 4 dəfə artaraq 16 min manat, sair əməliyyat xərcləri isə 21,3% azalaraq 317 min manat olub. İnstitut mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə Aİİ-nin aktivləri 880 min manat olub ki, bu da illik müqayisədə 5,4 dəfə çoxdur. Hesabat dövründə 563 min manatlıq öhdəlikləri formalaşıb, balans kapitalı isə 94,5% artaraq 317 min manat təşkil edib.

Xatırladaq ki, Aİİ ölkə prezidentinin 9 fevral 2018-ci il tarixli sərəncama əsasən, din mütəxəssislərinin yetişdirilməsini və ilahiyyat elminin inkişafı məqsədlə yaradılıb. Onun nizamnamə kapitalı 100 min manatdır.


Əlavə Edilib: 11 ?yun , 2021,12:57 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş