Azərbaycan ərazisi ilə neft-qaz tranzitindən əldə edilən gəlirlər açıqlanıb

Günün Ən Son Xəbərləri 2021-06-23 15:38:33
Azərbaycan ərazisi ilə neft-qaz tranzitindən əldə edilən gəlirlər açıqlanıb

2020-ci ildə neftin və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (tranzit haqqı) 11 milyon 977,6 min ABŞ dolları və yaxud 20 milyon 362 min manat təşkil edib.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il büdcəsinin icrasına dair Hesablama Palatasının verdiyi rəydə deyilir.

Rəydə qeyd edilir ki, bu gəlir maddəsi büdcədə nəzərdə tutulana (21 milyon 080 min manat) nisbətən 718 min manat və ya 3,4 % az icra olunub, habelə 2019-cu ilə nisbətən (18 milyon 937,7 min manat) bu gəlir maddəsinin icrasında 1 milyon 424,3 min manat və yaxud 837,8 min ABŞ dolları məbləğində artım qeydə alınıb.

Təqdim edilən məlumatlara əsasən boru kəməri üzrə mütəmadi aparılan texniki təmir işləri boru kəməri ilə xam neftin nəqlinin (1 milyon 890 min barel az) və müvafiq olaraq hesablanan tariflərin proqnoza nisbətən 0,5 % aşağı icrasına səbəb olub.

2020-ci il ərzində Qərb İxrac Boru Kəmərinin (QİBK) Azərbaycan ərazisindən keçən hissə vasitəsi ilə ümumilikdə 27,9 milyon barrel həcmində neft nəql edilib. 2019-cu il ilə müqayisədə bu bənd üzrə daxil olan məbləğin kəskin artımı və ya azalması müşahidə olunmayıb.

Qeyd edək ki, Azərbaycanın ərazisindən hazırda 4 ixrac boru kəməri keçir ki, bunlardan yalnız QİBK üzrə Fonda vəsaitlər daxil olur. QİBK-in Azərbaycandan keçən hissəsi dövlətin balansında olduğu üçün, nəql olunmasına görə ödənilən tarif Fonda ödənilir.


Əlavə Edilib: 10 ?yun , 2021,11:49 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş