Azərbaycan Britaniya Kollecində məzun günü keçirilib

Günün Ən Son Xəbərləri 2021-06-23 16:03:49
Azərbaycan Britaniya Kollecində məzun günü keçirilib

Bu gün Azərbaycan Britaniya Kollecinin 13-cü sinif şagirdlərinin məzun günü keçirilib.

"Report" quruma istinadən xəbər verir ki, tədbir Böyük Britaniyanın ölkəmizdəki səfiri cənab Ceyms Şarpın şəxsi iqamətgahında baş tutub.

Bu il ABC-dən məzun adını qazanmış 13 şagird dünyanın müxtəlif nüfuzlu universitetlərinə qəbul olublar.

Tədbiri açıq elan edən C.Şarp öz ürək sözlərini məzunlara çatdırıb, təhsilin şagirdlərin gələcək həyatındakı mühüm rolundan bəhs edib.

Daha sonra SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidentinin müşaviri İlkin Aslanov çıxış edərək, şagirdləri təbrik edib.

Səid Eyyubov çıxış edərək, öz məzun yoldaşlarını təbrik edib və onları daim irəli getməyə, daha uca zirvələrə çatmağa arzulayıb.

Məzunlardan Dinana Maşevskaya 2 illik A level kursunu 1 il ərzində tamamlayaraq, Amsterdam Universitetinin Biznesin İdarəolunması fakultəsinə qəbul olub.

Salar Ardebili, məktəbin Tələbə şurasının xəzinədarı vəzifəsində çalışıb, bilik yarışmasında qızıl medal qazanmış və Londonun Brunel Universitetinə Mexaniki mühəndislik fakültəsinə qəbul olub.

Morokkodan məktəbimizə qəbul olmuş Anastazja Bazus Londonun Queen Mary Universitetinin İngilis və Fransız Hüquq fakultəsinə qəbul olub.

Səid Eyyubov “2017 Genius Global Environmental Issues and US Olympiad” Olimpiadasında qızıl medal qazanıb. O, Böyük Britaniyanın bir sıra nüfuzlu universitetlərdindən qəbul təklifi alsa da, təhsilini Amerikanın nüfuzlu universiteti olan Berkeley universitetində Mexanika Mühəndisliyi fakültəsinə qəbul olub.

Luis Enrique Julia Lander məktəbimizə Çilidən qəbul olub. Exeter Universitetində Beynəlxalq siyasət və film fakültəsinə qəbul olub.

Tələbə şurasında xəbərlər üzrə menecer vəzifəsində çalışmış, Bilik yarışmasında qızıl medal qazanmış Əlixanlı Əsmər Vita Salute San Raffaelle Universitetinin Beynəlxalq Tibbi fakültəsinə qəbul alıb.

Nəzrin Dadaşlı, Tələbə Şurasında vitse president vəzifəsində çalışıb, tədbirlərin təşkil olunması üzrə kordinator olmuş və Bilik yarışmasında qızıl medala layiq görülüb. Nəzrin Newfoundland Memorial universitetinin Dəqiq elmlər fakultəsinə qəbul olub.

Tələbə şurasının prezidenti olmuş, 3 dəfə Bilik yarışmasında qızıl medal qazanmış Cavid Quliyev Kanadanın prestijli universiteti olan Toronto Universitetinin Sənət və Elm fakültəsinə qəbul olub.

ABC-nin çalışqan şagirdlərindən olan Ülvi Ələsgərov Charles Universitetiinin Tibb fakültəsinə qəbul olub.

Bilik yarışmasında qızıl medal qazanmış Kənan Mirzoyev Vita Salute San Raffaelle Universitetinin Tibb fakültəsinə daxil olub.

2014-cü ildən ABC-nin şagirdi olan Ceren Tasbag Türkiyənin nüfuzlu universiteti olan Koç universitetinin Molekulyar Biologiya və genetika ixtisasına qəbul olub.

Alika Gadjiyeva, 2014-cü ildən ABC-də təhsil alır və Concordia Uniersitetinin Siyasi elmlər fakültəsinə daxil olub.

ABC-nin daha bir istedadlı şagirdi olan Ayan Həmidova Türkiyənin Bilkend və ODTÜ universitetlərinə Molekulyar Biologiya ixtisasına müraciət edib və nəticələri gözləyir.

Məzun gününün digər qonağı Britaniya Konsulluğunun İngilis dili və Təhsil departamentinin rəhbəri Nərgiz xanım Hüseynova çıxış edərək, şagirdlərimizə gələcək həyatlarında uğurlar arzulayıb və bundan da gözəl nailiyyətlər qazanmalarını arzulayıb.

Məktəbin direktoru cənab Karl Lander çıxış edərək, şagirdlərimizi təbrik edib, dünyanın nüfuzlu universitetlərinə qəbul olduqlarına görə uğurlar arzu edib.

Sonda bağlanış çıxışı edən məzunumuz Cavid Quliyev ABC-də şagird olduqları dövlərlə bağlı xoş xatirələrini paylaşdı və onların həyatında əvəzedilməz rolu olan müəllimlərinə təşəkkürünü bildirib.

Sonda məzunlarla xatirə şəkilləri çəkildi və səmimi söhbət aparılıb.


Əlavə Edilib: 10 ?yun , 2021,18:24 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş