Azərbaycan bankları 1 000-dən çox vətəndaşa biznesini qurmaqda dəstək verib

Günün Ən Son Xəbərləri 2021-06-22 03:20:17
Azərbaycan bankları 1 000-dən çox vətəndaşa biznesini qurmaqda dəstək verib

Azərbaycan bankları ötən ilin mart ayında "Azərbaycan Banklar Assosiasiyası" (ABA )İctimai Birliyi, Azərbaycan Mərkəzi Bankı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış memoranduma əsasən, Özünüməşğulluq Proqramına dəstək göstərib.

"Report" xəbər verir ki, bu barədə ABA-nın açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, indiyə qədər 1 015 vətəndaşa müvafiq sahələr üzrə sahibkarlığa başlamaları üçün avadanlıqlar təqdim edilib. Bankların vətəndaşlara dəstəyinin bu il də davam etməsi nəzərdə tutulur və bu sahədə işlər aparılır.


Əlavə Edilib: 10 ?yun , 2021,19:36 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş