Avrozonada ÜDM artımına dair proqnoz artırıldı

Günün Ən Son Xəbərləri 2021-06-23 15:37:14
Avrozonada ÜDM artımına dair proqnoz artırıldı

Avropa Mərkəzi Bankı (ECB) avrozonada ÜDM artımına dair proqnozunu əhəmiyyətli dərəcədə artırıb.

“Report” xəbər verir ki, ECB prezidenti Kristin Laqard (Christine Lagarde) idarəçilər şurasının iclasından sonra keçirilən mətbuat konfransında cari ilin proqnozunun mart ayındakı 4 faizlik proqnoza qarşı 4,6 faizə, gələn ilin proqnozunu 4,1 faizə qarşı 4,7 faizədək artırıb.

Həmçinin inflasiyaya dair proqnoz da bu il üçün 1,5 faizdən 1,9 faizədək, gələn il üçün isə 1,2 faizdən 1,4 faizədək artırılıb.

ECB üçün inflasiyada hədəf 2 faizdən bir qədər aşağı rəqəmdir.


Əlavə Edilib: 10 ?yun , 2021,19:16 • Oxunub: 0

Sosial Şəbəkələrdə Paylaş