Aİ ilə Britaniya arasında ticarət sazişinin imzalanacağı tarix bəlli oldu

Günün Ən Son Xəbərləri 2021-05-07 22:14:28
Aİ ilə Britaniya arasında ticarət sazişinin imzalanacağı tarix bəlli oldu

Avropa İttifaqı (Aİ) ilə Böyük Britaniya rəhbərləri “Brexit”dən sonrakı dövr üçün ticarət sazişini dekabrın 30-da onlayn rejimdə imzalayacaqlar.

“Report” xəbər verir ki, bu barədə Aİ Şurasından bildiriblər.

Dekabrın 24-də aylardır davam edən ağır danışıqlardan sonra tərəflər arasında ticarət də daxil olmaqla gələcək əməkdaşlığa dair razılığa gəlinib. İndi də Aİ ölkələri və Böyük Britaniya parlamentləri, habelə Avropa Parlamenti həmin razılaşmanı təsdiq etməlidir.

Dekabrın 31-də başa çatacaq keçid dövründən sonra Aİ ilə Böyük Britaniya arasında Ticarət və Əməkdaşlıq Sazişi layihəsinin tam mətni Avropa Komissiyası tərəfindən dərc edilib. Bu sənədin həcmi 1 246 səhifədir.


Əlavə Edilib: 29 Dekabr , 2020,20:42 • Oxunub: 7

Sosial Şəbəkələrdə Paylaş